...

Azərbaycanın daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edib

Cəmiyyət Materials 2 İyun 2012 13:05 (UTC +04:00)
Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov idarənin inzibati binasında Gəncə də daxil olmaqla Göygöl, Samux, Qazax, Şəmkir, Kəlbəcər, Gədəbəy, Ağstafa, Tovuz və Daşkəsən rayonlarının bir qrup sakinini qəbul edib.
Azərbaycanın daxili işlər naziri Gəncədə vətəndaşları qəbul edib

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın daxili işlər naziri bu gün Gəncədə vətəndaşları qəbul edib.

Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, nazir, general-polkovnik Ramil Usubov idarənin inzibati binasında Gəncə də daxil olmaqla Göygöl, Samux, Qazax, Şəmkir, Kəlbəcər, Gədəbəy, Ağstafa, Tovuz və Daşkəsən rayonlarının bir qrup sakinini qəbul edib.

Nazir tərəfindən 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətinin əksəriyyəti yerində həllini tapıb, digər müraciətlərin də operativ şəkildə həll olunması üçün nazirliyin aidiyyəti baş idarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verilib.

Xəbər lenti

Xəbər lenti