...

Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 6 İyun 2012 11:24 (UTC +04:00)
Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb.
Azərbaycanda ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bu il ali məktəblərə qəbul imtahanlarının tarixi açıqlanıb.

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, III ixtisas qrupu üzrə imtahanlar 14 iyulda, I ixtisas qrupu üzrə 20 iyulda, IV ixtias qrupu üzrə 27 iyulda və II ixtisas qrupu üzrə 3 avqustda keçiriləcək.

Abbaszadənin sözlərinə görə, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə 18-24 iyulda, I ixtisas qrupu üzrə 24-30 iyulda, IV ixtisas qrupu üzrə 31 iyul-8 avqustda keçiriləcək.

Magistraraya qəbul imtahanlarının II mərhələsi iyun ayının 24-də təşkil ediləcək.

Rus bölməsi abituriyentlərinin Azərbaycan dili imtahanı iyulun 7-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti