...

Naxçıvanda 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək

Cəmiyyət Materials 14 İyun 2012 15:19 (UTC +04:00)
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin 30 nəfərlik heyətindən ibarət yüksəkixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı Naxçıvan Muxtar Respublikasında başlayıb.
Naxçıvanda 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında 25-ə yaxın açıq ürək əməliyyatı keçiriləcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Mərkəzi Neftçilər Xəstəxanasının, Ürək-Damar Xəstəlikləri Mərkəzinin 30 nəfərlik heyətindən ibarət yüksəkixtisaslı kardiocərrahiyyə briqadası ölkəmizdə artıq ənənəvi hal alan daha bir aksiyanı Naxçıvan Muxtar Respublikasında başlayıb.

Aksiya çərçivəsində 25-ə yaxın açıq ürək əməliyyatı, eləcə də koronar angioqrafiya, exokardioqrafiya və elektrokardioqrafiya müayinələri həyata keçiriləcək.

Naxçıvan Diaqnostika Mərkəzində bu gün həm də tibb mərkəzində çalışan, eyni zamanda ətraf rayonlarda işləyən həkimlərin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş "Ürək-damar xəstəliklərinin müalicəsinin bu günü və gələcəyi" adlı 5-ci regional elmi-praktiki konfrans keçirilib.

Xəbər lenti

Xəbər lenti