...

Özünüzü qoruyun: ölkədə anomal istilər sabah da davam edəcək

Cəmiyyət Materials 15 İyun 2012 13:29 (UTC +04:00)
Azərbaycan ərazisində anomal hava şəraiti sabah da davam edəcək, ölkənin bəzi yerlərində 40 dərəcə isti qeydə alınacaq.
Özünüzü qoruyun: ölkədə anomal istilər sabah da davam edəcək

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan ərazisində anomal hava şəraiti sabah da davam edəcək, ölkənin bəzi yerlərində 40 dərəcə isti qeydə alınacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, iyunun 16-da Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25, gündüz 35-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq.

Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 16-da hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, axşam qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcəyədək isti, dağlarda gecə 12-17 isti, gündüz 25-30 isti olacağı gözlənilir.

Naxçıvan MR-nın və aran bölgəsinin bəzi rayonlarında 38-40, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti