...

Xanlar Vəliyev: Hərbi çağırışla əlaqədar heç bir şikayət daxil olmayıb

Cəmiyyət Materials 18 İyun 2012 11:24 (UTC +04:00)
Yarandığı dövrdən indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən Hərbi Prokurorluğa hər hansı məlumat, ərizə, şikayət daxil olmayıb.
Xanlar Vəliyev: Hərbi çağırışla əlaqədar heç bir şikayət daxil olmayıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir K.Zərbaliyeva/

Yarandığı dövrdən indiyədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən Hərbi Prokurorluğa hər hansı məlumat, ərizə, şikayət daxil olmayıb. Trend-in məlumatına görə, bunu respublika hərbi prokuroru Xanlar Vəliyev bazar ertəsi jurnalistlərə deyib.

O deyib ki, artıq bu xidmət tərəfindən müəyyən işlər görülüb, hərbi çağırış həyata keçirilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda hərbi çağırışı respublikanın hərbi komissarlıqları tərəfindən həyata keçirilirdi. Hərbi çağırışla əlaqədar çoxsaylı qanun pozuntuları barədə bir necə rayonun hərbi komissarlıqları ilə bağlı çinayət işləri başlamışdı. Bununla əlaqədar hərbi komissarlıqlar ləğv olunub, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xidmət yaradılıb.

Xəbər lenti

Xəbər lenti