...

Azərbaycanda kibercinayətkarlığa görə cəzalar sərtləşdirilir

Cəmiyyət Materials 19 İyun 2012 13:14 (UTC +04:00)
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.
Azərbaycanda kibercinayətkarlığa görə cəzalar sərtləşdirilir

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycanda kibercinayətkarlığa görə cəzalar sərtləşdirilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar Cinayət Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanıb.

Layihədə qeyd olunur ki, kompüter sisteminə qanunsuz daxil olma, məlumatları qanunsuz ələ keçirmə, həmin məlumatları saxtalaşdırmaya, kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi, kompüter məlumatlarının saxtalaşdırılmasına görə cəzalar sərtləşdiriləcək.

Belə ki, yuxarıda göstərilən qanun pozuntularına yol vermiş şəxs iki ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılacaq.

Bu cinayət vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilərsə, 3 ilədək müddətdə vəzifə tutma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək cərimə və ya 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Əgər əməllər ictimai əhəmiyyətli infrastruktur obyektinin kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə törədilərsə, 3 ilədək vəzifə tutma hüququndan məhrum edilməklə 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsi komitənin bu gün keçirilən iclasında Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti

Xəbər lenti