...

Bakıya istiqamət alan "Air Astana" təyyarəsinin ilkin uçuş vaxtı açıqlanıb

Cəmiyyət Materials 22 İyun 2012 17:07 (UTC +04:00)
Almatı-Bakı marşrutu üzrə hərəkət edən və cümə günü Şımkentə məcburi eniş edən "Air Astana" aviaşirkətinin təyyarəsi, ilkin məlumatlara görə, Şımkentdən Bakıya Şımkent vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə saat 17:00-da) uçacaq.
Bakıya istiqamət alan "Air Astana" təyyarəsinin ilkin uçuş vaxtı açıqlanıb

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir Y.Kosolapova/

Almatı-Bakı marşrutu üzrə hərəkət edən və cümə günü Şımkentə məcburi eniş edən "Air Astana" aviaşirkətinin təyyarəsi, ilkin məlumatlara görə, Şımkentdən Bakıya Şımkent vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə saat 17:00-da) uçacaq. Bu barədə cümə günü Trend-ə şirkətin ictimaiyyətlə əlaqələr üzrə meneceri Janna Badaubayeva telefon əlaqəsi zamanı bildirib.

"İlkin uçuş vaxtı saat 18:00-a təyin edilib", - Badaubayeva deyib.

Şirkətin mühəndisləri saat 16:30-da Şımkentə gəliblər və hazırda təyyarədə texniki işlər aparılır.

Badaubayevanın sözlərinə görə, təyyarənin sərnişinləri tranzit reyslər üçün nəzərdə tutulan gözləmə zalındadırlar. Sərnişinlərə sərinləşdirici içkilər və qida məhsulları təqdim edilib.

Xəbər lenti

Xəbər lenti