...

Azərbaycanda peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramları üzrə tələblər müəyyən edilib

Cəmiyyət Materials 25 İyun 2012 17:53 (UTC +04:00)
Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri Texniki Komitəsi (TK 06) tərəfindən təqdim edilmiş AZS 730-2012 "Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər" dövlət standartını təsdiq edib.
Azərbaycanda peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramları üzrə tələblər müəyyən edilib

Azərbaycan, Bakı, 25 iyun /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma üzrə turizm və yerləşdirmə vasitələrinin xidmətləri Texniki Komitəsi (TK 06) tərəfindən təqdim edilmiş AZS 730-2012 "Turizm xidmətləri. Peşəkar turist bələdçisi üçün təlim və ixtisasartırma proqramlarının təşkilinə dair tələblər" dövlət standartını təsdiq edib.

Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, bu standart turist bələdçisi təlimləri və ixtisaslaşma proqramlarının təşkili üçün minimum tələbləri dəqiq müəyyən edir.

Standart Azərbaycan Respublikası ərazisində sərbəst xidmətlərin hərəkətini asanlaşdırmaq cəhdlərini dəstəkləyir, eyni zamanda, turizm xidmətlərinin keyfiyyətli təşkili üçün bölgələrə məxsus turist bələdçilərinin əhəmiyyətini də önə çəkir.

Normativ sənəddə səlahiyyətlərin bölüşdürülməsi, təlim proqramlarının quruluşu, bölgələrə məxsus mövzular, praktiki təlim, qonaqlara bələdçilik üçün tələb olunan dil bacarıqları, turist bələdçisi vəsiqəsinin forması öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti