...

Azərbaycanda heyvanların oğurlanmasının qarşısı yeni üsulla alınacaq

Cəmiyyət Materials 27 İyun 2012 16:19 (UTC +04:00)
Bunu çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.
Azərbaycanda heyvanların oğurlanmasının qarşısı yeni üsulla alınacaq

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda heyvanların identifikasiyası və qeydiyyatı aparılacaq.

Bunu çərşənbə günü Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, bu iş heyvanların oğurlanmasının qarşısının alınmasına və xəstəliklərlə mübarizədə işin təşkilinə yardım edəcək.

Heyvanların identifikasiyası iri və xırda buynuzlu heyvanlar və atlar arasında həyata keçiriləcək.

Layihə Avropa İttifaqının Tvinninq layihəsi çərçivəsində Polşa və İspaniya mütəxəssisləri tərəfindən reallaşacaq.

Xanvəli deyib ki, identifikasiya nəticəsində heyvanlara xüsusi nömrələr vurulacaq. Bu nömrələr atların bədənlərinə vurulacaq, iri və xırda buynuzlu heyvanların isə qulaqlarından asılacaq.

Xəbər lenti

Xəbər lenti