...

Səhiyyə Nazirliyi dondurmalarla bağlı yoxlamalara başlayıb

Cəmiyyət Materials 2 İyul 2012 15:27 (UTC +04:00)
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurmaların təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə dondurma istehsalı müəssisələrində və dondurma satılan ticarət obyektlərində yoxlamalara başlayıb.
Səhiyyə Nazirliyi dondurmalarla bağlı yoxlamalara başlayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi dondurmaların təhlükəsizlik göstəricilərini araşdırmaq məqsədilə dondurma istehsalı müəssisələrində və dondurma satılan ticarət obyektlərində yoxlamalara başlayıb. Bunu bazar ertəsi Trend-ə Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, yoxlamalar zamanı ölkəyə xaricdən gətirilən dondurmaların da təhlükəsizlik göstəriciləri araşdırılacaq.

Abdullayev hazırda ölkədə satılan dondurmaların təhlükəsizlik parametrləri ilə bağlı, demək olar ki, problemin olmadığını da söyləyib. O deyib ki, bəzən respublikanın rayonlarında dondurma satışı şərtlərinə əməl edilmir.

Mərkəz rəsmisinin sözlərinə görə, soyuducuda olsa belə, dondurmalar açıq havada istənilən yerdə satıla bilməz. "Yeyinti məhsulları haqqında" qanuna əsasən, bu yerlər müvafiq icra orqanları tərəfindən müəyyənləşdirilməlidir.

"Dondurmalar açıq havada soyuducunun içində satılarsa, onun üzərinə birbaşa Günəş şüaları düşməli deyil. Çünki dondurma mənfi 20 dərəcə temperaturda saxlanılmalıdır. Amma Günəş şüası soyuducunun üzərindəki şüşələrin üzərinə düşdükdə artıq dondurmaların saxlanılması üçün lazımi şərait yaranmır. Buna görə də dondurmalar açıq havada da kölgədə satılmalıdır", - Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti