...

Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam etdirilir

Cəmiyyət Materials 10 İyul 2012 18:26 (UTC +04:00)
"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, Respublika Baş Prokurorluğu tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir.
Azərbaycanın prokurorluq orqanlarına işə qəbulla əlaqədar sənədlərin qəbulu davam etdirilir

Azərbaycan, Bakı, 10 iyul /Trend/

"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq, Respublika Baş Prokurorluğu tərəfindən 2012-ci il iyunun 5-də vakant olan 100 ştat vahidi üzrə elan olunmuş müsabiqə ilə əlaqədar sənədlərin qəbulu davam etdirilir. Bu barədə Trend Baş Prokurorluğun rəsmi saytına istinadən məlumat verir.

Bu günə kimi uğurla keçirilmiş 10 müsabiqə nəticəsində prokurorluq orqanlarında daimi qulluğa qəbul edilmiş 499 gənc hüquqşünas hazırda prokurorluq işçilərinin 51 faizini təşkil edir. Artıq onların sıralarından vəzifədə irəli çəkilən, rəhbər vəzifələrdə işləyənlər də az deyil. Bununla da həyata keçirilmiş tədbirlər prokurorluq işçilərinin tərkibinin əhəmiyyətli dərəcədə gəncləşdirilməsi ilə nəticələnib.

Elan edilmiş növbəti müsabiqə ilə əlaqədar sənədlərin qəbulu avqustun 31-dək davam etdiriləcək. Sənədlərin qəbulu başa çatdırıldıqdan sonra test imtahanının vaxtı, yeri və digər məsələlər barədə kütləvi informasiya vasitələri ilə, həmçinin Baş Prokurorluğun internet səhifəsində və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə məlumat veriləcək.

Prokurorluq orqanlarında işləmək arzusunda olan hər bir gənc hüquqşünas Baş Prokurorluğa müraciət edərək tələb olunan sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilər. Qulluğa qəbulla bağlı tələb olunan sənədlərin siyahısı və digər aidiyyati məsələlərlə əlaqədar Baş Prokurorluğun internet səhifəsindən (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və 437-28-56, 492-62-23, 492-74-32, 492-39-95 nömrəli telefonlar vasitəsilə zəruri məlumatları əldə etmək olar.

Xəbər lenti

Xəbər lenti