...

Şamaxı Astrofizika Rəsədxanası: Maqnit həyəcanlanmaları zəlzələlərin baş verməsini artırır

Cəmiyyət Materials 13 İyul 2012 17:40 (UTC +04:00)
Günəşdəki alışmalar nəticəsində müşahidə edilən maqnit həyəcanlanmaları ilə Yerdə baş verən seysmoloji proseslər arasında əlaqə var.
Şamaxı Astrofizika Rəsədxanası: Maqnit həyəcanlanmaları zəlzələlərin baş verməsini artırır

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Günəşdəki alışmalar nəticəsində müşahidə edilən maqnit həyəcanlanmaları ilə Yerdə baş verən seysmoloji proseslər arasında əlaqə var. Bunu cümə günü Trend-ə Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, son 2 ildə Yerdə seysmoloji proseslərin baş verməsi halları artıb.

Cəlilov hesab edir ki, zəlzələlər Yerdə baş verən seysmik proseslərin nəticəsi olsa da, bu proseslərin maqnit burulğanları ilə də əlaqəsi var.

Şöbə müdirinin sözlərinə görə, hazırda Günəşdə aktivlik müşahidə edilir. Bu aktivliklə əlaqədar Günəşdə baş verən güclü alışmaların təsiri nəticəsində Yerin maqnit sahəsi həyəcanlanır.

O deyib ki, hər 11 ildən bir Günəşin fəallığı özünün maksimum mərhələsinə çatır. Bununla əlaqədar hiss olunan maqnit burulğanları gözlənilə bilər.

Cəlilovun sözlərinə görə, maqnit həyəcanlanmalarının zəif və ya güclü olması Günəşdəki alışma nəticəsində yayılan yüksəksürətli yüklü zərrəciklərin Yerə çatıb-çatmamasından asılıdır. Əgər bu zərrəciklər Yerə çatarsa, onda maqnit həyəcanlanması yarana bilər.

Xəbər lenti

Xəbər lenti