...

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq

Cəmiyyət Materials 31 İyul 2012 12:13 (UTC +04:00)
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq.
Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir K.Zərbalıyeva/

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti