...

Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Cəmiyyət Materials 7 Avqust 2012 13:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, avqustun 8-də ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, avqustun 8-də ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41,dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti