...

Azərbaycan Gənclər Fondu Oğuzda təqdimat keçirib (FOTO)

Cəmiyyət Materials 8 Avqust 2012 10:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust /Trend/

4-7 avqustda "Gələcəyə körpü" Gənclər İctimai Birliyinin həyata keçirdiyi Gənc Liderlər Akademiyasının Oğuz rayonunda yay düşərgəsi keçirilib.

Azərbaycan Gənclər Fondunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, düşərgənin keçirilməsində əsas məqsəd layihə zamanı öyrənilən biliklərin müxtəlif praktik fəaliyyət, qrup işləri vasitəsilə daha dərindən aşılanması və akademiya iştirakçılarının yay istirahətinin səmərəli təşkili olub.

Düşərgədə Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, ABŞ-ın İnkişaf Agentliyinin missiya rəhbəri, Milli Demokratiya İnstitutunun əsas heyəti və 50 nəfər gənc iştirak edib.

Seyidbəyov düşərgə iştirakçılarına Gənclər Fondu haqqında geniş informasiya verib, gəncləri Fonda müraciət etmə, layihələri hazırlama və təqdim etmə qaydaları barədə məlumatlandırı. Gənclərin böyük marağına səbəb olmuş görüşdə düşərgə iştirakçılarının müxtəlif sualları cavablandırılıb, görüş diskussiya şəklində davam edib.

Xəbər lenti

Xəbər lenti