...

Sabah Bakıda güclü şimal küləyi əsəcək, temperatur nisbətən enəcək

Cəmiyyət Materials 17 Avqust 2012 11:41 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sabah Bakıda güclü şimal küləyi əsəcək, temperatur nisbətən enəcək

Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah Bakıda güclü şimal küləyi əsəcək və temperatur nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25, gündüz 29-34 isti olacağı gözlənilir.

Avqustun 18-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti