...

Argentinanın məşhur qəzetində Bakı haqqında məqalə dərc olunub

Cəmiyyət Materials 21 Avqust 2012 13:52 (UTC +04:00)
Argentinanın məşhur “El Dia” qəzetində Bakı şəhərini təcəssüm etdirən, onun turizm potensialını, tarixi abidələrini və görməli yerlərini, eləcə də şəhərin sosial-mədəni həyatını əks etdirən iki səhifəlik “Bakı, Xəzər dənizinin incisi” adlı məqalə dərc olunub.
Argentinanın məşhur qəzetində Bakı haqqında məqalə dərc olunub

Azərbaycan, Bakı, 21 avqust /Trend/

Argentinanın məşhur "El Dia" qəzetində Bakı şəhərini təcəssüm etdirən, onun turizm potensialını, tarixi abidələrini və görməli yerlərini, eləcə də şəhərin sosial-mədəni həyatını əks etdirən iki səhifəlik "Bakı, Xəzər dənizinin incisi" adlı məqalə dərc olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, məqalədə Bakının inkişafının ənənəvi olaraq neft sənayesi ilə sıx bağlı olduğu bildirən müəllif Nobel qardaşlarının vaxtilə buradakı fəaliyyətindən söz açıb və şəhərin tarixinə və formalaşma mərhələlərinə ekskursiya edib.

Şəhərin qədim tarixi abidələrindən danışan müəllif İçəri Şəhəri Bakının təməl daşı, Parisin Notre Dame kilsəsi ilə müqayisə edilən Qız Qalasını isə Bakının simvolu adlandırmışdır. O, həmçinin, şəhərin Fəvvarələr meydanı, Atəşgah və Yanar dağ haqqında da məlumat verib.

Məqalədə qeyd olunur ki, ölkənin son illərdəki iqtisadi inkişafı ilə əlaqədar şəhərdə yenidənqurma işləri aparılsa da, Bakının məşhur yerlərinin orijinallığı qorunub saxlanılıb.

Müəllif vurğulayır ki, Xəzər dənizinin zəngin neft, qaz və balıqçılıq ehtiyatları Bakı və bütün Azərbaycanın xəzinəsi olmaqla yanaşı, ölkə vətəndaşları üçün sağlamlıq mənbəyi, Abşeron yarımadasının qumlu çimərlikləri isə bakılıların sevimli istirahət məkanıdır.

"Bakı, Xəzər dənizinin incisi"ndə Bakının sosial həyatından da danışılır. Çay evlərinin şəhərin əsas atributlarından biri, çayın ölkə vətəndaşlarının sevimli içkisi, plovun isə milli mətbəxin şahı olduğu bildirilir.

Məqaləyə habelə, Bakının müxtəlif görməli yerlərini əks etdirən şəkillər də əlavə edilib.
Məqalənin tam mətnini http://www.eldia.com.ar/edis/20120812/baku-perla-del-mar-caspio-revistadomingo10.htm ünvanından oxumaq mümkündür.

Xəbər lenti

Xəbər lenti