...

Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Gürcüstana yola salınıb (FOTO)

Cəmiyyət Materials 1 Sentyabr 2012 12:51 (UTC +04:00)
Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, avqustun 31-də Bakı dəmiryolu vağzalından 17 azərbaycanlı uşaq və onları müşayiət edən şəxslər Gürcüstana yola salınıb
Heydər Əliyev Fondunun dəstəyi ilə xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı uşaq Gürcüstana yola salınıb (FOTO)

Azərbaycan, Bakı, 1 sentyabr /Trend/

Xüsusi qayğıya ehtiyacı olan bir qrup azərbaycanlı və gürcü uşaqlar üçün sentyabrın 1-dən 11-dək xeyriyyə aksiyası keçirilir.

Heydər Əliyev Fondundan Trend-ə bildiriblər ki, avqustun 31-də Bakı dəmiryolu vağzalından 17 azərbaycanlı uşaq və onları müşayiət edən şəxslər Gürcüstana yola salınıb.

Azərbaycanlı uşaqlar və onları müşayiət edən şəxslər 10 gün Gürcüstanda səfərdə olacaqlar. Gürcü nümayəndə heyəti isə öz növbəsində 16 nəfərlik heyətlə bu müddət ərzində Azərbaycanda qonaq olacaq.

Gürcüstanda səfərdə olacaq həmyerlilərimizin İncəsənət Muzeyinə, açıq hava altında Etnoqrafiya Muzeyinə, müxtəlif əyləncə parklarına və Tbilisi ilə yanaşı, digər şəhərlərə də səfərləri gözlənilir.

Səfər proqramı çərçivəsində, həmçinin gürcü nümayəndə heyəti Heydər Əliyev Fondunun qonağı olacaq, Beynəlxalq Muğam Mərkəzi, Müasir İncəsənət Muzeyi, Milli Azərbaycan Tarixi Muzeyinə baş çəkəcəklər. Bundan başqa, nümayəndə heyəti "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu və Dənizkənarı Milli Parkla da tanış olacaq.

Xeyriyyə aksiyasının növbəti günlərində qonaqların Qəbələ rayonuna səfəri də nəzərdə tutulmuşdur. Uşaqların vaxtlarının maraqlı keçməsi üçün burada onların Qəbələdə əyləncə parkına, piano zavoduna və bir sıra digər yerlərə səfərləri planlaşdırılıb.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün bu xeyriyyə aksiyası Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun təşəbbüsü ilə artıq ikinci ildir ki, həyata keçirilir.

Səfər zamanı nümayəndə heyətinin bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödəniləcək.

Xəbər lenti

Xəbər lenti