...

Azərbaycanın milli təhlükəsizliyinə təhdid: 34 azyaşlı uşaq ölüb

Cəmiyyət Materials 10 Sentyabr 2012 15:35 (UTC +04:00)
Azərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Azərbaycanın milli təhlükəsizliyinə təhdid: 34 azyaşlı uşaq ölüb

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb. Bu barədə bazar ertəsi Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bu baxımdan yeni dərs ilinin başlanması ilə əlaqədar 2012-ci il sentyabr ayının 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçiriləcək.

Əsədov bildirib ki, aylıq çərçivəsində yol polislərinin iştirakı ilə orta məktəblərdə açıq dərslər keçiriləcək.

"Tədbirlər çərçivəsində təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, uşaq və yeniyetmələrin toplaşdığı ərazilərdə yol şəraiti müayinə edilərək yeni yol nişanları qoyulacaq, yararsızları yeniləri ilə əvəzlənəcək", - Əsədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti