...

Azərbaycanda müəssisənin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Cəmiyyət Materials 14 Sentyabr 2012 15:06 (UTC +04:00)
“Euro-Azia-Az” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Azərbaycanda müəssisənin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

"Euro-Azia-Az" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru İlqar Yusifovun xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş Bakı şəhər sakinindən rüşvət alması faktına görə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, istintaqla müəyyən edildiyi kimi, Yusifov vəzifə səlahiyyətlərindən sui-istifadə edib cəmiyyətin Sumqayıt filialının direktoru Mirqərib Qasımov və qeyriləri ilə cinayət əlaqəsinə girərək xarici ölkəyə getmək üçün viza alınmasından ötrü müraciət etmiş ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət alıb.

Yusifov həmçinin ayrı-ayrı şəxslərin heç bir yerdə işləmədikləri və banklarda şəxsi pul hesablarının olmamasına baxmayaraq, guya, onların iş yeri və banklarda şəxsi hesabalarının olmasına dair saxta arayışlar hazırlayaraq vəzifə saxtakarlığı törədib.

Yusifov və Qasımova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (rüşvət alma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti