...

Gürcüstanda "Qırmızı körpü" milli əhəmiyyətli abidə statusu alıb

Cəmiyyət Materials 17 Sentyabr 2012 18:09 (UTC +04:00)
Gürcüstan Prezidentinin 13 sentyabr tarixli fərmanı ilə Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü"yə ("Sınıq körpü") milli əhəmiyyətli abidə statusu verilib.
Gürcüstanda "Qırmızı körpü" milli əhəmiyyətli abidə statusu alıb

Gürücstan, Tbilisi, 17 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Prezidentinin 13 sentyabr tarixli fərmanı ilə Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Qırmızı körpü"yə ("Sınıq körpü") milli əhəmiyyətli abidə statusu verilib.

"Gürcüstanın "Mədəni irs haqqında" qanununa uyğun olaraq, daşınmaz mədəni irs abidəsi - "Qırmızı körpü" (Qardabani bələdiyyəsi, Kvemo Kartli) milli əhəmiyyətli abidə kateqoriyasına daxil edilsin", - Mixail Saakaşvilinin imzaladığı fərmanda deyilir.

Fərman artıq qüvvəyə minib.

"Qırmızı körpü" XVII əsrdə Xram çayında, Tbilisi-Gəncə arasındakı yolda (bunadək həmin yerdə bir neçə yüz il digər körpü olub) tikilib. Körpünün tkintisində qırmızı kərpicdən istifadə edildiyinə görə "qırmızı" adlandırılıb.

Xəbər lenti

Xəbər lenti