...

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Cəmiyyət Materials 19 Sentyabr 2012 10:46 (UTC +04:00)
Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.
Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturanın boş qalan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə bildiriblər ki, boş qalan 22 yerə 8 nəfər qəbul olunub. Qalan 14 yer isə boş qalıb və həmin yerlərə əlavə yerləşdirmə aparılmayacaq.

Qeyd edək ki, rezidenturanın boş qalan yerlərinə seçim sentyabrın 17-18-də aparılıb. Müsabiqədə IV istiqamət (Tibbi-profilaktika) üzrə imtahan verib 70 və daha yuxarı bal toplayan namizədlər iştirak edə bilərdilər. Digər istiqamətlər üzrə plan yerləri tam dolub.

Qeyd edək ki, bu il rezidenturanın 514 plan yerinə 492 nəfər qəbul edilib.

Xəbər lenti

Xəbər lenti