...

Bu il 90 min nəfər Ermənistanı tərk edib

Cəmiyyət Materials 20 Sentyabr 2012 17:46 (UTC +04:00)
Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2012-ci ilin yanvar-avqust aylarında 1 477 246 insan ölkəni tərk edib.
Bu il 90 min nəfər Ermənistanı tərk edib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, 2012-ci ilin yanvar-avqust aylarında 1 477 246 insan ölkəni tərk edib. Bu barədə Trend Ermənistan mətbuatına istinadən məlumat verir.

Statistika Xidmətinin məlumatına əsasən, cari ilin yanvar-avqust aylarında Ermənistana 1 386 447 insan gəldiyi halda ölkəni 1 477 246 insan tərk edib. Mənfi saldo 90 799 təşkil edib.

Miqrasiya Xidmətinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə mənfi saldo 15,5 min və ya 20,7 faiz artıb. Sərnişindaşıma həcmi 287,7 min və ya 11,2 faiz artaraq 2 863 700 nəfərə çatıb.

Avqustda mənfi saldo 7000 təşkil edib. Ötən ilin avqustunda bu rəqəm 3400 olub. Hava nəqliyyatı ilə sərnişin daşımalarından fərqli olaraq, avtomobil və dəmiryolu ilə daşımaların saldosu müsbətdir.

Xəbər lenti

Xəbər lenti