...

Baş Prokurorluq Gülər Əhmədova ilə bağlı yayılan videogörüntü barədə rəsmi məlumat yayıb

Cəmiyyət Materials 26 Sentyabr 2012 15:07 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib
Baş Prokurorluq Gülər Əhmədova ilə bağlı yayılan videogörüntü barədə rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.

Trend-in Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti