...

Azərbaycanda “Çudo Peçka”nın bəzi məhsullarının satışı qadağan edilib

Cəmiyyət Materials 3 Oktyabr 2012 14:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

"Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində bir sıra kulinariya məmulatları, dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumat görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də və bu firmaya məxsus ticarət şəbəkələrində aparılmış araşdırmaların yekunu olaraq bir sıra məhsulun istehsalı və satışı qadağan edilib.

Belə ki, müəssisəyə məxsus istehsal sexlərində aşkar olunmuş nöqsanlar səbəbindən "Standartlaşdırma haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" və "Yeyinti məhsulları haqqında" qanunlara əsasən bir sıra kulinariya məmulatları (ət və ciyər peraşkisi, mimoza, şuba salatları, ət qiyməsi ilə blinçik və s.), dönər və biskvitli kremli ballı xamalı tortun istehsalı və satışı qadağan edilib.

Eyni zamanda, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 228.0.3, 228.0.4 və 228.0.12-ci maddələrinə əsasən inzibati qaydada protokol tərtib edilib və cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti