Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Səhiyyə Nazirliyi xarici ölkələrdə ali və orta ixtisas təhsil almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinə müraciət edib.
Nazirliyin mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etdirməlidirlər.
Artıq müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə də həyata keçirilir. Bununla bağlı tibb işçiləri Azərbaycanda tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin rəsmi internet saytı vasitəsilə (http://e-sehiyye.gov.az/xaricde_tehsil/) müraciət edə bilərlər.