...

Azərbaycanda gələn il “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları” təsdiq ediləcək

Cəmiyyət Materials 10 Oktyabr 2012 10:24 (UTC +04:00)
Azərbaycanda gələn il "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları" təsdiq ediləcək.
Azərbaycanda gələn il “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları” təsdiq ediləcək

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda gələn il "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları" təsdiq ediləcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə deyib.

"Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı pilot layihələr bu ilin sonunda yekunlaşdırılacaq və onların nəticələri nəzərə alınaraq "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qaydaları" təsdiq ediləcək", - Xəlilov bildirib.

Onun sözlərinə görə, 2013-cü ildən bütün dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçiriləcək.

"Xidməti fəaliyyətin qiymətləndirilməsi ilk növbədə kadrların dövlət qulluğunda yüksəlişi üçün lazımdır. Bu qiymətləndirilmə ilə dövlət qulluqçularının təlimlərə olan ehtiyacları da müəyyən ediləcək", - komissiya sədri deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti