...

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Cəmiyyət Materials 11 Oktyabr 2012 18:46 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir.
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqə keçirilir

Azərbaycan, Bakı, 411 oktyabr /Trend/

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, vakant ştat vahidləri əsasən nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrindədir.

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa əsasən qulluğa qəbulla bağlı tələb və şərtlərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikası vətəndaşları göstərilən ədliyyə sahələrində çalışmaq üçün müsabiqəyə dəvət olunur.

Xatırladırıq ki, müsabiqədənin birinci mərhələsində - test imtahanında iştirak etmək üçün yalnız müvafiq ərizə ilə müraciət etmək kifayətdir. Ərizənin formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən və ya nazirliyin aparatından (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürmək olar. Test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Müsabiqədə iştirak etmək üçün ərizələr 2012-ci ilin oktyabr ayının 15-dən etibarən yuxarıda göstərilən ünvanda qəbul olunur (əlavə məlumat internet səhifəsi və ya 430-01-18, 430-11-05 nömrəli telefonlar vasitəsilə almaq olar).

Test imtahanının vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

Eyni zamanda bildiririk ki, nazirliyin penitensiar (Bakı şəhəri, Nizami küçəsi 114) və tibb xidmətlərinə (Bakı şəhəri, Bülbül prospekti 2), həmçinin Məhkəmə Ekspertizası Mərkəzinə (Bakı şəhəri, Xəqani küçəsi 14) qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək arzusunda olan şəxslərin sənədlərinin qəbulu aidiyyəti baş idarələrdə fəaliyyət göstərən müsabiqə komissiyaları tərəfindən davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti