...

Bakıda piyadaların "qətliamı": 112 ölü, 284 yaralı

Cəmiyyət Materials 15 Oktyabr 2012 11:23 (UTC +04:00)
Bakıda bu ilin 9 ayında qeydə alınan yol qəzalarının 50 faizə yaxını piyadaların vurulması ilə bağlı olub.
Bakıda piyadaların "qətliamı": 112 ölü, 284 yaralı

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda bu ilin 9 ayında qeydə alınan yol qəzalarının 50 faizə yaxını piyadaların vurulması ilə bağlı olub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yanvar-sentyabr aylarında paytaxtda qeydə alınan ümumi hadisələrin 48,5 faizi (367 hadisə) piyadaların vurulması olub.

Bu hadisələr zamanı 112 nəfər (47,9 faiz) ölüb, 284 nəfər (34,2 faiz) xəsarət alıb.

Əsədov bildirib ki, hesabat dövründə yol hərəkəti qaydalarını pozduqları üçün 17034 piyada müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Bu da ümumi aşkar edilmiş qayda pozuntularının 6,3 faizini təşkil edir.

Bakıda qeydə alınan yol nəqliyyat hadisələrinin 64-ü piyadaların yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Həmin hadisələrdə 12 nəfər həlak olub, 52 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti