Azərbaycan, Bakı, 15 oktyabr /Trend/
Elvin Rot (Harvard Universiteti, ABŞ) və Lloyd Şepli (Kalıiforniya Universiteti, ABŞ) praktikada bazar institutlarının işlənməsi nəzəriyyəsinə görə 1968-ci ildə İsveç Dövlət Bankı tərəfindən Alfred Nobelin xatirəsinə təsis olunan 2012-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Trend-in RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bu barədə bazar ertəsi İsveçin Kral Elmlər Akademiyası xəbər verib.
İqtisadiyyat üzrə mükafatı sahiblərinin elan olunması ilə oktyabrın 8-də Stokholmda başlayan 2012-ci ilin Nobel mükafatı sahiblərinin elan edilməsi mərasimi başa çatıb.
İqtisadiyyat üzrə mükafat Alfred Nobelin vəsiyyətnaməsində xatırlanmayıb. Lakin bilavasitə fiziologiya və ya səhiyyə, fizika, kimya, ədəbiyyat və dilçilik sahəsində kəşflərə görə təqdim olunan Nobel mükafatı kimi, iqtisadiyyat üzrə mükafat da Stokholmda dekabrın 10-da İsveç ixtiraçısı, sənayeçisi, linqvisti, filodof və humanisti Alfred Nobelin (1833-1896) ölümü günündə verilir. Həmin gün Osloda onun banisinin vəsiyyətinə uyğun olaraq yalnız dünya Nobel mükafatı verilir.
Bu il hər bir nominasiya üzrə mükafatın məbləği 8 milyon İsveç kronu (1,2 milyon dollar) təşkil edir.