...

Azərbaycanda şadlıq evlərinin işi standartlaşdırılacaq

Cəmiyyət Materials 18 Oktyabr 2012 13:50 (UTC +04:00)
İlin sonunadək Azərbaycanda şadlıq evlərinin işinin standartlaşdırılması planlaşdırılır.
Azərbaycanda şadlıq evlərinin işi standartlaşdırılacaq

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir H.Vəliyev/

İlin sonunadək Azərbaycanda şadlıq evlərinin işinin standartlaşdırılması planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu sahədə ekspertiza artıq başlanıb və ilin sonunadək standartın qəbul olunacağı gözlənilir.

Bu sahədə qanunvericiliyin sərtləşdirilməsi üzrə təklif, cərimələrin yüksəldilməsi artıq hazırlanıb və yaxın vaxtlarda baxılması üçün hökumətə təqdim ediləcək.

Talıblı onu da qeyd edib ki, İKT, turizm sahələrində standartlar hazırlanır, sosial məsuliyət sahəsində standartlaşdırma layihələrinin müzakirəsi aparılır. İlin sonunadək mebel sahəsi üzrə 9 standartın qəbul ediləcəyi gözlənilir.

Həmçinin yaxın vaxtlarda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə tikinti sahəsində, Sənaye və Energetika Nazirliyi ilə birlikdə isə neft-qaz məhsullarının standartlaşdırılması üzrə texniki komitənin yaradılması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti