• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

MŞ sədri Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib

18 Oktyabr 2012 14:37 (UTC+04:00)
  • 0
  • 0

Azərbaycan, Bakı, 18 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov Belçikanın Antverpen şəhərində keçirilən Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında çıxış edib.

MŞ-dən Trend-ə verilən məlumata görə, oktyabrın 17-19-da baş tutacaq toplantının ikinci günü Alyansa üzv ölkələrin Mətbuat Şuraları rəhbərlərinin hesabat məruzələri dinlənilib.

Amaşov, əsasən, rəhbərlik etdiyi qurumun şikayətləri araşdırma mexanizmləri, mövcud istiqamətdəki statistika barədə məlumat verib, dünyada yeni medianın təşəkkül tapması ilə əlaqədar bu tip vasitələrdən olan şikayətlərdə rast gəlinən spesifik motivlərə toxunub.

Avropa Mətbuat Şuraları Alyansının 10 illik fəaliyyətinə həsr olunmuş müzakirələrdə MŞ-lərin dünyada dəyişməkdə olan media reallıqlarına adekvat fəaliyyət göstərməsinin zəruriliyi önə çəkilib.

"Mediada etik normalar, peşə fəaliyyəti ilə bağlı əxlaqi dəyərlər", "Media azadlığı Avropa İnsan Hüquqları Konvensiyasının tərkib hissəsi kimi" və sair mövzularda davam edən diskussiyalarda iştirakçıların müasir jurnalistikanın yaradıcılıq xüsusiyyətlərinə dair gətirdikləri konkret misallar ətrafında fikir mübadiləsi aparılıb.

Toplantının sabaha nəzərdə tutulmuş proqramında tədbirin yekun sənədinin müzakirəsi və qəbulu, həmçinin Alyansının növbəti toplantı məkanının dəqiqləşdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Amaşovla yanaşı, qurumdan olmayan kənar dəyərləndirici ekspert qismində Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı news@trend.az
Bizi Twitter-dən izləyin @trend_az

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Əflatun Amaşov
  • Mətbuat Şurası
Digər xəbərlər
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib (FOTO)
Cəmiyyət 11 Dekabr 20:48
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib (FOTO)
Cəmiyyət 29 Noyabr 18:42
Əflatun Amaşov: Parlamentlə bağlı qərar Prezident İlham Əliyev tərəfindən aparılan islahatlara adekvat reaksiya vermək niyyətindən irəli gəlir
Siyasət 28 Noyabr 17:25
Əflatun Amaşov: Mediaya güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik
Cəmiyyət 25 Noyabr 12:48
Deputat: "Freedom House" hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutub
Siyasət 6 Noyabr 13:02
Mətbuat Şurasında «Yeni Müsavat» qəzetinin 30 illik yubileyi qeyd edilib (FOTO)
Cəmiyyət 1 Noyabr 18:19
Xəbər lenti
Sabah daha bir ağacəkmə aksiyası keçiriləcək - Meşə fondu ərazisində
Gündəm 11:22
Azərbaycan qadın sahibkarlığına böyük diqqət ayırır - Nazir müavini
Biznes və iqtisadiyyat xəbərləri 11:21
Şəkidə keçmiş məhkum yenidən cinayət törətdi - Qadına qarşı
Hadisə 11:15
"Real"la Azər Qasımlının eyni dairə qalmaqalı: müxalif cəbhədə sular indidən bulanır
Siyasət 11:09
Expressbank növbəti mükafatını aldı! (FOTO)
Cəmiyyət 11:00
ABŞ-da müsəlman qadınlar üçün çimərlik geyimləri hazırlanıb (FOTO)
Dünya xəbərləri 11:00
Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"
Siyasət 10:46
Bank Respublika və AYİB arasında iki böyük kredit sazişi bağlandı (FOTO)
İqtisadiyyat 10:45
Avtomobildə 45 kq at əti daşıyan şəxs saxlanılıb (FOTO)
Hadisə 10:37
Ən çox oxunanlar
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Yeni il bayramında orta məktəblərdə neçə gün tətil olacaq? - Nazir müavinindən AÇIQLAMA
Rəfael Dadaşov yaxın günlərdə evə buraxılacaq
YAP 126 nəfər səlahiyyətli nümayəndənin adını MSK-ya təqdim edib
Nəzər nöqtəsi
Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Rusiyalı ekspert: Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur

Xoşbəxt Yusifzadə: Heydər Əliyevin Vətənimiz qarşısında xidmətləri ölçüyəgəlməzdir
Milli inkişaf strategiyasının müəllifi
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri