...

AZAL bir sıra Avropa şəhərlərinə aviabiletlərə xüsusi tarifin tətbiqi müddətini artırdı

Cəmiyyət Materials 19 Oktyabr 2012 13:10 (UTC +04:00)
Bu xüsusi tarifli aviabiletlərin rəsmiləşdirilməsi yalnız gediş-dönüş olmaq şərti ilə, turizm paketlərinin daxilində, və ilk uçuş nöqtəsi Bakı olduğu halda mümkündür.
AZAL bir sıra Avropa şəhərlərinə aviabiletlərə xüsusi tarifin tətbiqi müddətini artırdı

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

"Azərbaycan Hava Yolları" QSC Bakı-Praqa-Bakı, Bakı-Milan-Bakı, Bakı-Roma-Bakı, Bakı-London-Bakı və Bakı-Paris-Bakı istiqamətindəki uçuşlara gediş-dönüş dəyəri 200 avro olan (hava limanı yığımları daxil deyil) xüsusi güzəştli ekonom sinif tarifinin tətbiq müddətini artırıb.

Trend-in AZAL-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, turizm şirkətlərinin çoxsaylı müraciətlərini nəzərə alaraq və Avropaya səyahət edən sərnişinlərə daha əlverişli şərait yaratmaq məqsədilə, "Azərbaycan Hava Yolları" QSC bu aksiyanın müddətinin 25 dekabr 2012-ci ilədək uzadılması barədə qərar verib.

Qeyd edildiyi kimi, bu xüsusi tarifli aviabiletlərin rəsmiləşdirilməsi yalnız gediş-dönüş olmaq şərti ilə, turizm paketlərinin daxilində, və ilk uçuş nöqtəsi Bakı olduğu halda mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti