...

Azərbaycan sinoptiklərindən istirahət gününə xoş müjdə

Cəmiyyət Materials 20 Oktyabr 2012 12:43 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.
Azərbaycan sinoptiklərindən istirahət gününə xoş müjdə

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Sabah Azərbaycan ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 21-də gün ərzində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 12-17, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti