...

Misir Mərdanov: Ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər mərkəzdəki məktəblərə toplaşıblar

Cəmiyyət Materials 23 Oktyabr 2012 14:07 (UTC +04:00)
Ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər Bakının mərkəzindəki məktəblərə toplaşıblar.
Misir Mərdanov: Ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər mərkəzdəki məktəblərə toplaşıblar

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ən savadlı və müasir təlim metodikasını yaxşı bilən müəllimlər Bakının mərkəzindəki məktəblərə toplaşıblar. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı Bakı şəhər Sabunçu rayonu ərazisində yerləşən 252 saylı məktəbdə "Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi: reallıqlar və perspektiblər" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, belə müəllimlər az dərs götürür, repititorluqla məşğul olur və daim özləri üzərində işləyirlər. Nazir bunun bəzi qəsəbələrdə müəllim çatışmazlığına səbəb olduğunu da deyib.

Konfransda çıxış edən Mərdanov bildirib ki, tədbirin keçirilməsində məqsəd orta təhsil sahəsində həyata keçirilən islahatların icra vəziyyətini öyrənməkdir.

"Bu tipli tədbirlər ayda bir dəfə təşkil ediləcək. Biz bu məktəbə tədbirin keçiriləcəyi barədə əvvəlcədən məlumat vermişdik. Lakin gələcəkdə belə tədbirlər xəbərdarlıq edilmədən keçiriləcək və dərslərdə oturacağıq", - nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti