...

Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub (FOTO)

Cəmiyyət Materials 26 Oktyabr 2012 14:04 (UTC +04:00)
Bakıda keçirilən "GT3 və klassik Formula-1" yarışları çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün möhtəşəm əyləncəli proqram təşkil olunub.
Bakıda keçirilən "City Challenge" yarışları çərçivəsində uşaqlar üçün əyləncəli proqram təşkil olunub (FOTO)

Azərbaycan, Bakı, 26 oktyabr /Trend, müxbir V.İmanov/

Bakıda keçirilən "GT3 və klassik Formula-1" yarışları çərçivəsində bu gün Dənizkənarı Milli Parkda uşaqlar üçün möhtəşəm əyləncəli proqram təşkil olunub.

Trend-in məlumatına görə, Almaniyadan gələn qrupun təşkil etdiyi və "Ürəklər körpüsü" adlanan proqramda uşaqlar üçün oyunlar keçirilib. Uşaqlar rəngli toplarla oyunlar oynayıb, müxtəlif fiqurlar düzəldiblər. Həmçinin sehirli nağıl qəhrəmanı Theo Tintenkleckslə "xəzinə axtarışına" çıxıblar.

Uşaqlar üçün təşkil olunan bu proqram oktyabrın 28-dək davam edəcək. Oktyabrın 28-də isə xüsusi qonaq amerikalı müğənni Gordon Gathererin iştirakı ilə "Theonun istedadlar müsabiqəsi" keçiriləcək və qaliblərə kiçik hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, bu gün Bakıda "City Challenge" yarışlarına start verilib.

Bu gün City Challenge GT, Classic Qran Pri və GYMKHA şəhər Driftinq yarışlarının məşq sessiyası keçirilib. Oktyabrın 27-də təsnifatlandırma sessiyası və sprint yarışlar olacaq. Oktyabrın 28-i isə əsas yarış günüdür. Bütün kateqoriyalar üzrə mühərriklərin qızdırılması və starta hazırlığı, ardınca GT sürücülərin paradı və yarış olacaq.

"City Challenge" yarışının 2,1 km uzunluğundakı yarış zolağı Hökumət Evi ətrafındadır. Yarışda 13 komanda olmaqla hər komandanı 2 sürücü-pilot təmsil edir. Yarışda bütün təhlükəsizlik qaydaları beynəlxalq standartlara və yerli avtoidman federasiyasının tələblərinə uyğun tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti