...

Məhkəmə “Yehovanın Şahidləri” icmasının şikayətinə baxılmasını təxirə salıb

Cəmiyyət Materials 30 Oktyabr 2012 14:23 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə "Yehovanın Şahidləri" dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası üzrə çıxarılan məhkəmə qərarından verimiş şikayətə baxılması təxirə salınıb.
Məhkəmə “Yehovanın Şahidləri” icmasının şikayətinə baxılmasını təxirə salıb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Apellyasiya Məhkəməsində hakim Səriyyə Seyidovanın sədrliyi ilə "Yehovanın Şahidləri" dini icmasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiası üzrə çıxarılan məhkəmə qərarından verimiş şikayətə baxılması təxirə salınıb. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Apellyasiya Məhkəməsindən bildiriblər.

Qeyd edək ki, dini icma və Akçurina Gülsira Qayazovna, Məmmədəliyeva Kamila Şövkətovna Dövlət Komitəsini maddi və mənəvi zərərin ödənilməsi və s. tələb ilə məhkəməyə verib.

"Yehovanın Şahidləri" dini icmasının ölkəyə gətirmək istədiyi ədəbiyyatın bir qismi zərərli olduğu üçün ölkəyə buraxmalıyıb. Bu səbəbdən də onlar məhkəməyə müraciət edib.

İcmanın iddiasını 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi təmin etməyib. İcma həmin məhkəmənin qərarından apellyasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti