...

Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2012 20:03 (UTC +04:00)
İtaliya Universitetlərinin təhsil nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

İtaliya Universitetlərinin təhsil nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Universitetdən Trend-ə verilən məlumata görə, "Azərbaycan və İtaliya arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri" mövzusunun araşdırılması üçün Azərbaycana gələn İtaliyanın təhsil nümayəndələrindən "La Sapienza" Universitetinin professoru Enriko Skiubba, Milan Politexnik Universitetinin professoru Ezio Arlati və Roma Tor Verqata Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı xanım Françeska Dominiçi universitetin rektor və professor-müəllim heyəti ilə görüşüblər.

Müzakirələr zamanı İtaliya ilə mövcud əlaqələrdən, habelə gələcəkdə hazırlanacaq digər layihələrdən danışılıb. İtaliya və Azərbaycan təhsil sistemində əldə edilən təcrübələrə dair qarşılıqlı fikir mübadiləsi aparılıb. Görüş zamanı AzMİU-nun rektoru, millət vəkili Gülçöhrə Məmmədova tələbələrimizin İtaliya universitetlərinin yay məktəblərinə göndərilməsinin mümkünlüyü, birgə tədqiqat işləri və ali təhsil sahəsində əməkdaşlıq barədə təkliflər verib.

Görüşdə Milan Politexnik Universiteti və Roma Tor Verqata Universiteti ilə AzMİU arasında əməkdaşlıq üçün anlaşma memorandumunun imzalanması müzakirə edilib.

Qonaqlar ölkəmizdə olmaqdan və Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildiriblər. Qonaqlara universitetdə xatirə hədiyyələri təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti