...

FHN su basmış evləri təmizləyib

Cəmiyyət Materials 3 Noyabr 2012 13:39 (UTC +04:00)
Azərbaycanın bir sıra rayonlarında evlərin zirzəmiləri və həyətyanı sahələri yağış sularından təmizlənib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.
FHN su basmış evləri təmizləyib

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Azərbaycanın bir sıra rayonlarında evlərin zirzəmiləri və həyətyanı sahələri yağış sularından təmizlənib. Bu barədə Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ötən gün respublikanın bəzi şəhər və rayonlarında intensiv yağan yağışların nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər yekunlaşıb.

Nazirliyin müvafiq qüvvə və texnikası Şirvan şəhəri, Hacıqabul, Kürdəmir və Zərdab rayonlarında bəzi ərazilərin, o cümlədən, Hacıqabul rayonunun Muğanlı qəsəbəsində 40 fərdi evin zirzəmisini və həyətyanı sahəsini yağış sularından təmizlənməsini təmin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti