...

Azərbaycanda ictimai nümayişlər zamanı polislərlə jurnalistlərin münasibətlərində Gürcüstan təcrübəsi öyrənilir

Cəmiyyət Materials 10 Noyabr 2012 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir M.Əliyev/

Mətbuat Şurasında "İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi" mövzusunda keçirilən seminarın "Polislərin jurnalistlərlə qarşılıqlı münasibəti: Gürcüstan təcrübəsi" mövzusunda şənbə günü təşkil olunmuş panelində qonşu ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirdiyi islahatlar və onların real nəticələri ətrafında geniş müzakirələr keçirilib.

Təqdimatla çıxış edən Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Akademiyasının Sərhəd Polisi Fakültəsinin rəhbəri Giorgi Merabaşvili bildirib ki, president Mixeil Saakaşvilinin hakimiyyətə gəldiyi dövrdən başlayaraq aparılan islahatlar nəticəsində polis orqanlarının fəaliyyətində müsbət dəyişikliklərə nail olunub. "İslahatlardan əvvəl Gürcüstanın bütövlüklə korrupsiyalaşmış polis orqanları, kifayət qədər aşağı əmək haqqı (milis işçisinin orta əmək haqqı 68 ABŞ dolları), kifayət qədər çox - 65 min daxili işlər orqanlarının əməkdaşları var idi. İslahatlardan sonra bir çox hüquq mühafizə orqanları DİN strukturunda birləşdirildi, bu orqanlarda çalışanların sayı 27 minə endirildi, əmək haqqıları dəfələrlə artırıldı, polis işçilərinə sığorta paketləri, yeni forma, avtomobil, təchizat verildi", - Merabaşvili öz təqdimatında bildirib. O qeyd edib ki, 98% polis orqanlarının əməkdaşları rüşvət aldıqlarına görə vəzifələrindən xaric ediliblər.

Seminarın iştirakçılarından Sumqayıt şəhər polis idarəsinin rəis müavini, polkovnik Həsən Əsədov gürcü həmkarının məruzəsinə cavab olaraq qeyd edib ki, islahatları ilk növbədə şüurlarda həyata keçirmək lazımdır. "Gürcüstanda ixtisar olunan polis əməkdaşları və onların ailələri nəticə etibarı ilə işsizlər sırasına qoşuldu və narazı kütləni təşkil etdi", - o bildirib. Polis polkovniki qeyd edib ki, istənilən islahatları etaplarla həyata keçirmək lazımdır. "Hüquq mühafizə orqanlarının social vəziyyəti artırıldıqca onlardan peşəkarlıq tələb etmək olar", - o bildirb.

Xəbər lenti

Xəbər lenti