...

Riçard Morninqstar: ABŞ Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edir

Cəmiyyət Materials 13 Noyabr 2012 12:08 (UTC +04:00)
ABŞ Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edir.
Riçard Morninqstar: ABŞ Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edir

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbirlər V.Javoronkova, E.Tariverdiyeva

ABŞ Azərbaycanla təhsil sahəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib.

"Mən azərbaycanlı tələbələrlə görüşdən çox təsirləndim. Düşünürəm ki, bu insanlar Azərbaycanın gələcəyidirlər", - Morninqstar Azərbaycanda təhsilin səviyyəsi barədə suala cavab verərkən bildirib.

O, ölkədəki universitetlərə baş çəkərkən bu məsələni öyrəndiyini qeyd edib.

"Ümid edirəm ki, biz Azərbaycanın tələbələri və universitetləri üçün faydalı ola biləcək proqramların hazırlanmasına kömək göstərilməsi məsələlərində əməkdaşlığı davam etdirə bilərik", - Morninqstar bildirib.

ABŞ-ın İnkişaf Agentliyi (USAID) və Bakı Dövlət Universiteti (BDU) 2013-2014 tədris ilində universitetin hüquq fakültəsində magistr proqramı üzrə əməkdaşlıq haqqında memorandum imzalayıblar.

Memorandumu USAID-in Azərbaycandakı missiyasının rəhbəri Maykl Qrin və BDU-nun rektoru Abel Məhərrəmov imzalayıblar.

Sənədə əsasən, tərəflər magistr proqramının hazırlanması, tədris proqramının tərtib edilməsi və s. üzrə əməkdaşlıq edəcəklər.

Əməkdaşlıq proqramı iki il üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti