...

Azərbaycan Venesiya Komissiyasının “Din etiqad azadlığı haqqında” qanunla bağlı təkliflərinə münasibət bildirib

Cəmiyyət Materials 13 Noyabr 2012 12:07 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Venesiya Komissiyasının "Din haqqında" qanuna bəzi dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycana verdiyi təkliflərə münasibət bildirib.
Azərbaycan Venesiya Komissiyasının “Din etiqad azadlığı haqqında” qanunla bağlı təkliflərinə münasibət bildirib

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İsabalayeva/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Venesiya Komissiyasının "Din etiqad azadlığı haqqında" qanuna bəzi dəyişikliklərin edilməsi ilə bağlı Azərbaycana verdiyi təkliflərə münasibət bildirib.

Trend-in məlumatına görə, İskəndərov jurnalistlərə deyib ki, sosial sorğuların təhlilləri göstərir ki, bu məsələlərlə bağlı qərar qəbul edərkən Azərbaycanın yerləşdiyi geosiyasi mövqe və adət-ənənələri nəzərə alınmalıdır.

"Sırf akademik nöqteyi-nəzərdən hər hansı bir təhlilin verilməsi din kimi həssas sahədə gerçəklikdən uzaqdır. Bütün bu kimi təkliflər bizim tərəfdən qəbul olunur, nəzərə alınır və təhlil edilərək zaman-zaman bunlara reaksiya verilir. Eyni zamanda, bu istiqamətdə beynəlxalq qurumlarla davamlı dialoq şəklində müzakirələr aparılır", - komitə sədri bildirib.

İskəndərov deyib ki, Azərbaycanın digər sahələrdə olduğu kimi, bu məsələlərə münasibətdə də müstəqil mövqeyi var. Azərbaycan din sahəsində də dövlətçiliyimizin marağına uyğun olan siyasət aparır.

Qeyd edək ki, Venesiya Komissiyası ölkəmizə vətəndaşlığı olmayan şəxslərə və xarici vətəndaşlara Azərbaycan ərazisində dini təbliğat aparmağı, öz dini ayinlərinin həyata keçirə bilməsini təmin etməyi təklif edir. Təkliflərdə dini ədəbiyyatların ölkəyə gətirilməsinə qadağanın aradan qaldırılması, dini icmaların qeydiyyat prosedurunun sadələşdirilməsi və s. öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti