...

Bakıda II Beynəlxalq Gənclər Forumu keçiriləcək

Cəmiyyət Materials 20 Noyabr 2012 16:06 (UTC +04:00)
Noyabrın 21-24-də Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı II Beynəlxalq Gənclər Forumunu keçiriləcək.
Bakıda II Beynəlxalq Gənclər Forumu keçiriləcək

Azərbaycan, Bakı, 20 noyabr / Trend müxbir M.Əliyev/

Noyabrın 21-24-də Bakıda "Yeni nəsil: sərhədsiz məsuliyyət" adlı II Beynəlxalq Gənclər Forumunu keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Forumun əsas məqsədi Qafqazda yaşayan gənclər arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mədəniyyətlərarası dialoqun dəstəklənməsi, gənc nəslin dinc və davamlı inkişafında, münaqişələrin həllində, məlumatın əldə edilməsində və ötürülməsində məsuliyyətinin artırılmasıdır.

Forumda Azərbaycan Respublikasının və Rusiya Federasiyasının gənclərlə işləyən dövlət orqanlarının və hökumət nümayəndələrinin, qeyri-hökumət təşkilatları rəhbərlərinin, gənc alimlərin, ictimai fəal, yaradıcı və istedadlı gənclərin iştirakı nəzərdə tutulub.

Tədbirin proqramına əsasən, Forum iştirakçılarının, həmçinin Bakı şəhərində tanışlıq məqsədi ilə gəzintilərinin və Naxçıvan Muxtar Respublikasına səfərinin təşkil edilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti