...

Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin nəzərinə

Cəmiyyət Materials 23 Noyabr 2012 14:34 (UTC +04:00)
Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər müsabiqə və müsahibə nəticələri barədə interaktiv məlumatlar alacaqlar.
Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlərin nəzərinə

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluğuna qəbul olunmaq istəyən namizədlər müsabiqə və müsahibə nəticələri barədə interaktiv məlumatlar alacaqlar.

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov Trend-ə bildirib ki, Komissiyaya müsabiqə və müsahibə nəticələri barədə məlumatların elektron qaydada verilməsi tapşırılıb.

Misirovun sözlərinə görə, hazırda müsabiqə və müsahibənin nəticələri barədə məlumatlar Komissiyanın saytında yerləşdirilir. Həmçinin namizədlərə imtahandan dərhal sonra sualları necə cavablandırdıqları barədə yazılı arayış təqdim olunur.

DQMK-nın sədr müavini qeyd edib ki, yeni elektron xidmət işə düşəndən sonra namizədlərin Komissiyanın saytındakı profillərində müsabiqə və müsahibə nəticələri, onların sualları necə cavablandırması və yekun nəticə barədə məlumatlar yerləşdiriləcək. Hər bir namizəd öz profilinə daxil olmaqla müsabiqə və müsahibə nəticələri barədə operativ məlumat ala biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti