...

İranda qeyri-hökumət qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşib

Cəmiyyət Materials 3 Dekabr 2012 11:27 (UTC +04:00)
İranda nəşr olunan 23 qeyri-hökumət qəzetinin rəhbəri ölkə Prezidenti Mahmud Əhmədinejada açıq məktub yazaraq ölkədəki mətbuatın iqtisadi durumunun böhran həddinə çatdığını və prezidentdən bu barədə ölçü götürməsini istəyiblər.
İranda qeyri-hökumət qəzetləri bağlanmaq təhlükəsi ilə üzləşib

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Cəfərov /

İranda nəşr olunan 23 qeyri-hökumət qəzetinin rəhbəri ölkə Prezidenti Mahmud Əhmədinejada açıq məktub yazaraq ölkədəki mətbuatın iqtisadi durumunun böhran həddinə çatdığını və prezidentdən bu barədə ölçü götürməsini istəyiblər. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Məlumata əsasən, "Arman", "Aftabe Yazd", "Afərineş", "Ebtikar", "Etimad", "Jahane-Eqtisad", "Jahane-Sanat", "Donyaye-Eqtisad", "Kar ve Karger" (iş və fəhlə), "Mardomsalari" (demokratiya) , "Həmbəstegi" və digər qəzetlərin rəhbərləri Prezidentə məktubalarında qeyd olunan qəzetlərin vəziyyətinin bu cür davam etməsinin həmin mətbu orqanlarının bağlanması ilə nəticələnəcəyi və minlərlə jurnalistin və mətbuat işçisinin işsiz olacağını vurğulayıblar.

Qəzet rəhbərləri Prezidentə ünvanladıqları məktubda ölkədə inflyasiyanın həddən artıq çoxalmasını, çap xərclərinin, kağızın qiymətlərinin artmasını və eləcə də dövlət tərəfindən mətbuata ayrılan supsidiyaların azalmasını qəzetlərin iqtisadi durumunun pisləşməsinə təsir edən amillər kimi göstəriblər.

İranın Mədəniyyət Nazirliyinin Mətbuat və yerli xəbər agentlikləri idarəsinin məlumatına görə, hazırda ölkədə 5086 mətbu orqan qeydiyyatdan keçsə də, onlardan 3267 (gündəlik, həftəlik, aylıq ) qəzet və jurnal çap olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti