...

Son dörd il ərzində Türkiyədə ailə-məişət münaqişəsi zəminində 350-dən artıq qadın öldürülüb

Cəmiyyət Materials 4 Dekabr 2012 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir A.Tağıyeva/

2009-2012-ci illərdə Türkiyədə ailə-məişət münaqişəsi zəminində 396 qadın öldürülüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Ailə Məsələləri və Sosial Siyasət Nazirliyinin saytında yerləşdirilən hesabatda deyilir.

Nazirliyin məlumatına görə, 2009-cu ildə 108, 2010-cu ildə 106, 2011-ci ildə 99, 2012-ci ildə isə 56 qadın öldürülüb.

Qeyd edilən dövrdə 4 mindən artıq qadın dövlətin qəyyumluğuna götürülüb.

Türkiyədə qadınlara qarşı zorakılıq vacib sosial problemlərdən biridir. Nazirlik qadınların qəyyumluğa götürülməsi üzrə bir sıra proqramlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti