...

Azərbaycanın ilk ingilisdilli qəzeti "AzerNews" ilin ən yaxşı şirkəti seçilib (FOTO)

Cəmiyyət Materials 6 Dekabr 2012 10:00 (UTC +04:00)
1997-ci ildən ingilis dilində dərc edilən ilk Azərbaycan qəzeti "AzerNews" "İlin şirkəti" mükafatına layiq görülüb.
Azərbaycanın ilk ingilisdilli qəzeti "AzerNews" ilin ən yaxşı şirkəti seçilib (FOTO)

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

1997-ci ildən ingilis dilində dərc edilən ilk Azərbaycan qəzeti "AzerNews" "İlin şirkəti" mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, "Company of the Year" nüfuzlu milli mükafatının təqdimat mərasimi "Jumeirah Beach Hotel"də keçirilib.

Milli mükafat iqtisadiyyatın müxtəlif sahələrində əhəmiyyətli uğurlar qazanan, Azərbaycan biznesinin müsbət imicinin formalaşdırılmasına, ölkənin dünya iqtisadiyyatına inteqrasiyasına, əhalinin rifahının artmasına yardım edən şirkətlərə təqdim edilir.

Bu nüfuzlu mükafatla təltif edilmə Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığının artmasına, ictimaiyyətin və dünyanın biznes cəmiyyətinin diqqətinin beynəlxalq standartlara uyğun fəaliyyət göstərən aparıcı yerli şirkətlərə cəlb edilməsinə yardım edir.

"İlin şirkəti" milli mükafatının ilk təqdimetmə mərasimi 2006-cı ildə keçirilib. Ötən dövr ərzində mükafat özünü təkcə ən yaxşı şirkətləri nümunə göstərən deyil, həmçinin Azərbaycan biznesinin yeni imicini yaradan və ölkədə işgüzar etikanın yeni standartlarını inkişaf etdirən ictimai institut kimi tanıdıb.

"İlin şirkəti" mükafatının təsisçisi "MiniMax Media Holding" tərəfindən nəşr edilən "Consulting&Business" aylıq jurnalıdır.

"AzerNews" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür. Dünyanın iri və nüfuzlu təşkilatı olan WAN-IFRA 18 min çap nəşriyyatı və 15 minə yaxın internet saytı, mətbuat nümayəndələri və dünyanın hər yerindən digər oyunçuları özündə birləşdirir.

Daha ətraflı məlumatı http://www.azernews.az saytından əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti