...

Dekabrın 9-dan Azərbaycanda hava şəraiti dəyişəcək

Cəmiyyət Materials 7 Dekabr 2012 13:50 (UTC +04:00)
Dekabrın 8-də Azərbaycanda nisbətən sabit, mülayim hava şəraiti davam edəcək.
Dekabrın 9-dan Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Dekabrın 8-də Azərbaycanda nisbətən sabit, mülayim hava şəraiti davam edəcək. Dekabrın 9-10-da isə şimal küləyinin arabir güclənəcəyi, temperaturun ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında dekabrın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində isə yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 7-10, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 8-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşam şimal-qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 2-7, gündüz 11-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti