...

Ernst & Young Azərbaycanda Bakıda səhər yeməyini təqdim etməklə seminar keçirib (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2012 18:16 (UTC +04:00)

Bakı şəhəri, 7 dekabr 2012-ci il

7 dekabr 2012-ci il tarixində Ernst & Young-ın Vergi və Hüquq Departamenti JW Marriott Abşeron Baku mehmanxanasının Şərq Ziyafət zalında səhər yeməyini təqdim etməklə vergi və insan resursları ilə bağlı seminar keçirmişdir. Bu seminar Ernst & Young-ın Bakı və Kiyev ofislərindən ixtisaslı vergi və insan resursları üzrə mütəxəssislər tərəfindən keçirilmişdir.

Təqdimat vergi, gömrük və digər qanunvericiliyə 2012-ci ildə edilmiş son dəyişiklikləri və 2013-cü ildə gözlənilən dəyişiklikləri işıqlandırmışdır. Bundan əlavə, sessiya Azərbaycanda son vergi auditləri və məhkəmə çəkişmələri ilə bağlı tendensiyaların maraqlı aspektləri haqqında ətraflı məlumat vermişdir.

Seminarın ikinci yarısında Arzu Hacıyeva, Ernst & Young-ın Vergi və Hüquq üzrə Partnyoru və Ernst & Young-ın Kiyev ofisinin insan resursları üzrə mütəxəssisləri əmək haqqının və güzəştlərin təhlili nəticəsində bu yaxınlarda Ernst & Young tərəfindən buraxılmış 2012-ci il üzrə əmək haqlarının təhlili hesabatlarını müzakirə etdilər. Bundan əlavə, Ernst & Young tərəfindən MDB ölkələrində keçirilən insan resurslarına dair təlim imkanları və Biznesin təşkili və idarə edilməsi sahəsində (MBA) kiçik proqramlar barəsində ətraflı məlumat təqdim olunmuşdur. Tədbirdə interaktiv hissənin kulminasiyası əmək haqlarının təhlilinin iştirakçıları üçün müxtəlif uduşlu lotereya keçirildi.

Hər il təşkil olunan bu seminarda Azərbaycanda fəaliyyət göstərən iri yerli və beynəlxalq şirkətlərin bir sıra maliyyə direktorları, baş mühasibləri, vergi məsləhətçiləri, vergi və insan resursları menecerləri iştirak edir.

Seminar iştirakçıları ilə keçirdiyimiz müsahibələrdə ARDNŞ nümayəndəsi xanım Esmira Mehdiyeva, Fairmont Baku nümayəndəsi xanım Stella Əliyeva, Paşa Holding MMC nümayəndəsi cənab Əkbər İbrahimov, BP Exploration Caspian Sea Ltd nümayəndəsi cənab Vadim Osadçiy, KBR nümayəndəsi xanım Lali Əlizadə minnətdarlıqlarını bildirmiş, təqdimatı bəyənmiş və tədbirin keçirilməsində Ernst & Young şirkətinin gördüyü işi yüksək qiymətləndirmişlər. Bunlardan bəziləri qeyd etdi ki, hal-hazırda qanunvericiliyə edilməsi nəzərdən keçirilən bəzi dəyişikliklər haqqında öyrənmək çox faydalı olardı.
Gələcək seminarların təşkilində biz bunu nəzərə alacağıq.


YapiKrediBank nümayəndəsi xanım Xalidə Həsənova təəssüratı ilə bölüşdür: "Mən peşəkarlığı və keyfiyyəti ilə seçilən Ernst & Young-ın təşkil etdiyi tədbirlərdə hər dəfə böyük məmnuniyyətlə iştirak edirəm."

Seminarda bütün iştirakçıları görməyə şad olduq. Vaxtınıza və diqqətinizə görə minnətdarıq!

Ernst & Young haqqında

Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim 167.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.

Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4000 peşəkar çalışır.

Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.

Ernst & Young Azərbaycanda

Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.

Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 140 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.

Daha ətraflı məlumatla www.ey.com/Azerbaijan ünvanında tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti