...

Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya qəbul ediləcək

Cəmiyyət Materials 13 Dekabr 2012 12:38 (UTC +04:00)
Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (tütünçəkmə, piylənmə, fiziki aktivliyin olmaması, spirtli içkilərdən istifadə və s.) mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.
Azərbaycanda qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair strategiya qəbul ediləcək

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda qeyri-infeksion xəstəliklərlə (tütünçəkmə, piylənmə, fiziki aktivliyin olmaması, spirtli içkilərdən istifadə və s.) mübarizəyə dair 2013-2020-ci illəri əhatə edən xüsusi Strategiya qəbul ediləcək. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası" layihəsində bildirilir.

Layihədə qeyd edilir ki, dövlət tərəfindən sosial xəstəliklərlə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya-maarifi işi, narkomaniya, alkoqolizm və tütünçəkmə ilə mübarizə üzrə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək.

Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə profilaktika tədbirlərinin aparılması işi gücləndiriləcək, müvafiq tədbirləri nəzərdə tutan 2015-2020-ci illər üçün sanitariya-epidemioloji xidmətin inkişaf proqramı hazırlanacaq.

Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2013-2020-ci illəri əhatə edən Dövlət Proqramı qəbul ediləcək, uşaq və yeniyetmələr arasında profilaktik müayinələrin və dispanserizasiyanın aparılması işi gücləndiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti